Texasda fəlakət böyüyür: Ölənlərin sayı 100-ü keçdi


ABŞ-ın Texas ştatında baş verən sel fəlakətində həyatını itirənlərin sayı 104-ə yüksəlib.Həyatını itirənlərdən 27-nin uşaq olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, Ağ Evin sözçüsü Karoline Leavitt yerlərdə vəziyyətin təhlükəli olaraq qaldığını deyib və vətəndaşları səlahiyyətlilərin xəbərdarlığına qulaq asmağa və lazımı ehtiyat tədbirləri görməyə çağırıb.

Leavitt daşqınla bağlı suallara və demokratlar tərəfindən Trump administrasiyasına ünvanlanan tənqidlərə də cavab verdi və Milli Hava Xidmətinin (NWS) "vaxtında, dəqiq proqnozlar və xəbərdarlıqlarla" işini gördüyünü iddia etdi.

Leavitt prezident Donald Trampın bu həftənin cümə günü bölgəyə səfər etməyi və yoxlamalar aparmağı planlaşdırdığına dair məlumatları da paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ