Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini və namizədlik məktubunu Trampa çatdırdığını bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə qonaq olduğu Benyamin Netanyahu ilə mətbuatın suallarını cavablandırıb.
Netanyahu fələstinlilərin başqa yerə köçürülməsi ilə bağlı suala cavab olaraq, "Qəzzada qalmaq istəyirlərsə, qala bilərlər, amma getmək istəyirlərsə, çıxa bilsinlər. Bura həbsxana olmamalıdır. İnsanlara azad seçim hüququ verilməlidir" deyib.
Netanyahu iddia edib ki, fələstinlilər özlərini idarə etmək hüququna malik olmalı, təhlükəsizlik kimi bəzi güclər isə İsrailin nəzarəti altında qalmalıdır.
Trampın liderliyi ilə regional sülhün mümkün olduğunu ifadə edən Netanyahu: “Düşünürəm ki, prezident Trampın rəhbərliyi ilə bütün Yaxın Şərqlə sülh əldə edə bilərik və birlikdə çalışaraq bütün qonşularımızı əhatə edəcək çox, çox geniş bir sülh qura bilərik” dedi.
Aytən Yaşar/ Turkustan.az