Nizami rayonunda yerləşən 175 saylı “Şənlik” Körpələr-evi uşaq bağçasının müdiri Zemfira Əsədova vəzifəsindən azad edilib.
Modern.az-ın məlumatına görə, o, öz ərizəsi əsasında işdən çıxıb.
Bağçanın müdiri Milli Məclisin sabiq sədri Oqtay Əsədovdur. "Qaynarinfo" saytı yazır ki, bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.
Uşaq bağçasına hələlik müdir təyin edilməyib.
Qeyd edək ki, Oqtay Əsədov 2000-ci ildə ikinci, 2005-ci ildə üçüncü, 2010-cu ildə dördüncü, 2015-ci ildə beşinci və 2020-ci ildə altıncı çağırış Milli Məclisinin deputatı olub. Həmin müddətdə 15 il Milli Məclisə rəhbərlik edib. İki dəfə Binəqədi rayonunun, 3 dəfə isə Abşeronun deputatı olub.