Mayın 11-də Bakı Konqres Mərkəzində “Invision Design Talks 2” Forumu keçiriləcək.
“Füyuzat“ın məlumatına görə, memarlıq və dizayn sahəsinin aparıcı simalarını bir araya gətirəcək platformada müasir yanaşmalar, innovativ ideyalar və gələcəyin dizayn trendləri müzakirə olunacaq.
“Dizaynın daxildən formalaşdırılması” konsepti ilə təşkil olunan tədbir çərçivəsində beynəlxalq və yerli mütəxəssislər çıxış edəcək:
Spikerlər:
- Sinan Kafadar / Metex Mimarlık
- Sefer Çağlar / Autoban Mimarlık
- Yeşeren Ersan / Yes Architects
- Tusi Aliyev / PBA
- Prof. Dr. Osman Arayıcı / Moderator
Bildirilib ki, “Invision Design Talks 2” bu il Seranit Azərbaycan və “Sinerji Pro”nun əməkdaşlığı çərçivəsində təşkil olunur. Tərəfdaşlığın dizayn və memarlıq sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcəyi qeyd edilir.
Tədbir çərçivəsində iştirakçılar dizaynın gələcəyinə dair yeni baxışlarla tanış olacaq, sahədəki son trendlər barədə məlumat əldə edəcək və peşəkar əlaqələrini genişləndirmək imkanı qazanacaqlar.
Bakı Konqres Mərkəzi dizayn əməkdaşlıq Invision Design Talks 2 memarlıq