Azərbaycan vasitəsilə Ermənistana qaz idxal ediləcək?


İran və Gürcüstanla bağlı logistika problemləri Ermənistanı Azərbaycandan tranzit də daxil olmaqla, alternativ yollar axtarmağa məcbur edir.

Turkustan.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Azərbaycan vasitəsilə digər məhsullarla yanaşı, təbii qaz da idxal etməyə hazırlaşır:

“Ermənistan İran və Gürcüstan vasitəsilə təchizatlarda üzləşdiyi ciddi logistika çətinliklərini faktiki olaraq etiraf edib. İrandakı qeyri-sabitlik səbəbindən nəqliyyat və gömrük sistemlərində yaranan fasilələr, eləcə də hava şəraiti səbəbindən Gürcüstan yolunun bağlanması fonunda Ermənistan hakimiyyəti alternativ yolları nəzərdən keçirməyə başlayıb. Belə yollardan biri də Azərbaycandan keçən dəmir yoludur.

Azərbaycan vasitəsilə taxıl və neft məhsulları daşımalarının başlamasından sonra Ermənistan bu marşrutla mayeləşdirilmiş təbii qaz (LNG) idxalını da nəzərdən keçirir. İqtisadiyyat Nazirliyi də bildirib ki, yeni marşrut mövcud marşrutlara alternativ kimi nəzərdən keçirilir”. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ