Çin ordusunda ŞOK İDDİA: General ABŞ-a nüvə sirlərini ötürür


Çində nüvə proqramı ilə bağlı məxfi məlumatları ABŞ-a sızdırmaqda ittiham olunan Mərkəzi Hərbi Komissiyanın sədr müavini general Çjan Yusya ilə bağlı araşdırma başlandığı iddia edilir.

Turkustan.az xəbər verir ki, Çində ölkənin yüksək rütbəli generalı, Mərkəzi Hərbi Komissiyanın (MAK) sədr müavini general Çjan Yuksyanın ona qarşı başladılan istintaq çərçivəsində ölkənin nüvə proqramı ilə bağlı məxfi məlumatları ABŞ-a sızdırdığı iddia edilir.

"Wall Street Journal" qəzetinin "yüksək rütbəli komandirlər üçün iddialarla bağlı brifinqdə iştirak edən şəxslərə" istinadən verdiyi məlumata görə, Çjan Çinin nüvə proqramı ilə bağlı texniki məlumatları ABŞ-a ötürməkdə və bununla da milli təhlükəsizliyə xələl gətirməkdə ittiham olunur.
Bu iddia ilə bağlı tapıntıların Çinin hərbi və mülki nüvə proqramlarını həyata keçirən Çin Milli Nüvə Korporasiyasının (CNNC) keçmiş baş meneceri Qu Cuna qarşı başlanan istintaqdan qaynaqlandığı bildirilir.

Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi İntizam Təhqiqat Komissiyası və Çin Milli Təftiş Komissiyası 19 yanvarda mülki icraçı vəzifəli Qu haqqında istintaq başlandığını elan etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ