Bakı və İrəvan arasında istənilən sülhü alqışlayırıq - Arakçı


Tehranın mövqeyi dəyişməz olaraq qalır: İran Ermənistan və Azərbaycan arasında istənilən sülhü alqışlayır, regionun bütün ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir.

Turkustan.az xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Arakçı jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, İran İrəvan və Bakı ilə fəal məsləhətləşmələr aparır. /axar.az/


MANŞET XƏBƏRLƏRİ