Özcan Dənizin evinə silahlıq basqın! Dəhşətli anlar yaşandı


Tanınmış sənətçi Özcan Dənizlə qardaşı Ercan Dəniz arasında illərdir davam edən gərginlik son olaraq silahlı təhdid və polis müdaxiləsi ilə nəticələnib.

Turkustan.az xəbər verir ki, ailə və iş ortaqlığından qaynaqlanan mübahisələr Zekeriyaköydəki bir evə edilən basqınla yenidən gündəmə gəlib.

Qardaşlar arasındakı problemlər 22 illik iş ortaqlığının sona çatması ilə başlayıb. Özcan Dəniz, Sarıyerdəki bəzi mülklərin qanunsuz şəkildə üzərinə keçirildiyini iddia edərək İstanbul Asliye Məhkəməsinə müraciət edib və mülkiyyət sənədlərinin ləğvini tələb edib. Ercan Dəniz isə qardaşını 150 milyon lirəlik sərvəti mənimsəməkdə günahlandıraraq əks iddia qaldırıb.

Gərginlik təkcə mülkiyyət məsələləri ilə məhdudlaşmayıb. İddialara görə, Özcan Dəniz illər əvvəl qardaşının götürdüyü kreditlərə zamin olub. Borclar ödənilmədiyindən sənətçinin bütün əmlakına və bank hesablarına məhkəmə qərarı ilə həbs qoyulub.

Hadisələrə sənətçinin anası Kadriye Dənizin sosial şəbəkələrdəki açıqlamaları da əlavə olunub. O, oğluna yönəlik sərt ifadələrlə gündəmə gəlib:
“Bundan sonra bayram olmayacaq, salamlaşma olmayacaq... Qan bağları şəxsi maraqlara boyun əyəndə uşaq deyil, yalnız əl qalır”, – deyə bildirib.

Özcan Dəniz isə anasına cavab olaraq: “Məni yalnız bir fürsət olaraq gördünüz. Məni uşaq, qardaş kimi deyil, əməyi girov qoyulmuş qul kimi gördünüz”, – deyə münasibət bildirib.

Özcan Dəniz 2008-ci ildə baş vermiş silahlı hücumun arxasında da qardaşı Ercan Dənizin dayandığını iddia edib:
“Vurulmağımın səbəbi Ercandır. İndi də çarəsiz şəkildə qatil axtarırsınız. Məni öldürməyə cəhd edənləri bağışlamağımı heç kim gözləməsin”, – deyə o, açıqlama verib.

“Bi Bakalım” verilişinin yaydığı məlumata görə, Ercan Dəniz bu yaxınlarda Özcan Dənizin Zekeriyaköydəki evinə silahla gedərək onu hədələyib.
İddiaya görə, o, “Məndən oğurladığını mənə verməsən, səni də, özümü də öldürəcəm” deyib. Hadisə yerinə çağırılan jandarma müdaxilə edib və tərəflər vəkilləri vasitəsilə danışıqlara başlayıblar.

Son məlumata görə, tərəflər arasında razılaşma əldə olunub. Ercan Dənizə 3 villa və bir neçə mülk təhvil verilib. Maliyyə öhdəlikləri və borcların paylaşılması məsələsində də ortaq razılıq əldə olunduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ