PUTİN BÖYÜK BİR HÜCUMA HAZIRLAŞIR – Ukraynalı rəsmilər tarixi açıqladılar


Rusiya Prezidenti Vladimir Putin yaz aylarında böyük bir hücuma hazırlaşır.

Turkustan.az xəbər verir ki, bunu adları açıqlanmayan Ukraynanın iki kəşfiyyat rəsmisi Böyük Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində bildirib.

Mənbələrin dediyinə görə, Rusiya mayın sonu və ya iyunun əvvəlində yeni bir hücuma başlayacaq.

“Vladimir Putinin qış aylarında Ukraynanın şərqində başlatdığı hərbi əməliyyatlar nəticəsində 23 qəsəbə Rusiyanın nəzarətinə keçib. Rusiya son vaxtlar cəbhənin kritik nöqtələrinə hücum edir. Bütün bunlar böyük bir hücumun olacağından xəbər verir”,-deyə rəsmilər bildiriblər.

Xatırladaq ki, bu yaxınlarda daha bir ukraynalı rəsmi Almaniyanın “BILD” nəşrinə müsahibəsində Rusiyanın 20 mindən 40 minə qədər hərbçi ilə hücuma keçə biləcəyini demişdi. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ