WhatsApp elə bir YENİLİK ETDİ Kİ...


“iOS” əməliyyat sistemi əsasında qurulan cihazlar üçün “WhatsApp” messencerində videoları fonda izləməyə imkan verən yeni funksiya olacaq.

Bu barədə "WABetaInfo" portalı məlumat yayıb .

Bildirilir ki, messencer “WhatsApp”ın digər tablarına keçərkən videolara baxmaq imkanının tətbiqi üzərində işləyir. Video ekranın bir hissəsini tutan kiçik bir pəncərədə göstəriləcək.

Portal müəllifləri qeyd ediblər ki, videopleyer yalnız proqram çərçivəsində işləyəcək. İstifadəçi WhatsApp-dan çıxmaq istəsə, videonun olduğu pəncərə bağlanacaq. Qeyd edilib ki, tərtibatçılar gələcəkdə bu məhdudiyyəti də aradan qaldıra bilərlər.

“Şəkil içində şəkil rejimindən istifadə etmək imkanı istifadəçiyə çoxlu tapşırıqları yerinə yetirməyə imkan verəcək. Məhz, eyni zamanda çatlarda söhbət edə və videolara baxa bilərsiniz”, - portalın açıqlamasında deyilir.

Qeyd olunur ki, funksiya gələcək "WhatsApp" yeniləmələrində əlçatan olacaq. /Publika.az/


MANŞET XƏBƏRLƏRİ