Tibb dünyasında yeni dövr başlayır! Google-un DeepMind şirkəti süni intellektdən istifadə etməklə insan DNT-sində xəstəlik törədən genləri aşkarlaya bilən “AlphaMissense” adlı proqram hazırlayıb.
Bu dövrün texnologiyasının ən son super ixtiralarından biri olan süni intellekt artıq tibb aləmində çox mühüm yer tutmağa başlayıb. Mövzu ilə bağlı böyük bir addım Google-un süni intellekt proqramı inkişaf etdirmə şirkəti DeepMind tərəfindən atıldı. Nadir pozğunluqların diaqnozunu sürətləndirmək üçün DeepMind şirkəti DNT-də genetik mutasiyaların xəstəliyə səbəb olub-olmadığını təxmin edə bilən süni intellekt proqramı hazırlayıb. “AlphaMissense” adlı proqram DNT kodunda yanlış genetik mutasiyalar (dəyişikliklər) haqqında proqnozlar verir. "Science" jurnalında dərc edilən araşdırmada AlphaMissense insan zülallarına təsir edə bilən 71 milyon tək hərfli mutasiyaların hamısını qiymətləndirmək üçün istifadə edilib.
Proqramın həssaslığını 90 faizə təyin etdikdə, səhv mutasiyaların 57 faizinin, ehtimal ki, 32 faizinin zərərli olduğunu proqnozlaşdırdı. Qalanların təsirinin aydın olmadığı bildirilib. Bu tapıntılar əsasında alimlər mutasiyaların xəstəliklərə necə səbəb olduğunu və nadir xəstəliklərin diaqnozunu öyrənən genetiklər üçün proqnozların yer aldığı pulsuz onlayn kataloq dərc ediblər. Bu cür mutasiyalar adətən zərərsizdir, lakin zülalların işini poza bilər və kistik fibroz və oraq hüceyrəli anemiyadan xərçəngə və beyin inkişafı ilə bağlı problemlərə qədər xəstəliklərə səbəb ola bilər.
Bildirilib ki, “AlphaMissense” adlı süni intellekt proqramının proqnozları nadir xəstəliklərin tədqiqini və diaqnozunu sürətləndirməyə kömək edə bilər.
Science jurnalında yazan Dr. Jun Cheng və komandası, proqramın əvvəllər xüsusi pozğunluqlarla əlaqəli olmayan mutasiyaları da müəyyən edə biləcəyini və həkimləri daha yaxşı müalicələrə istiqamətləndirə biləcəyini söyləyib.
Eltac/Turkustan.az