Tarixi səhnə! 5 min km yol qət edən Şaranın Putindən yalnız bir istəyi var


Suriyada 61 illik BƏƏS rejiminin devrilməsindən sonra ölkədə yeni bir dövr başlayıb.

Turkustan.az xəbər verir ki, devrilmiş prezident Bəşər Əsəd Rusiyaya qaçıb. Suriyada Əhməd Şaraanın prezident seçilməsi ilə yeni mərhələnin ən mühüm addımlarından biri bu gün atılır.

Suriya prezidenti Əhməd Şaraa bu gün Moskvaya səfər edir. Şəraa artıq Rusiyaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Əvvəlcə Putinin çıxış edəcəyi, daha sonra isə Şəraa-nın qısa açıqlama verəcəyi gözlənilir.

İddialara görə, Əhməd Şaraa görüş zamanı devrilmiş lider Bəşər Əsədin hərbi cinayətlərə görə mühakimə olunması üçün onun Suriyaya ekstradisiyasını tələb edəcək.

Bundan əlavə, Şaraa-nın Rusiya ilə aparacağı təmaslarda Tartusdakı Rusiya Hərbi Dəniz Bazası və Hmeymim Hava Bazasında Moskvanın mövcudluğunun gələcək taleyinin də müzakirə ediləcəyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ