Rusiyanın paytaxtı Moskvada Suriya Prezidenti Əhməd Əş-Şara ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutarkən, ölkənin sabiq lideri Bəşər Əsədin şəhər turuna çıxdığı ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Barış Yarkadaş Rusiyadakı bir dostunun göndərdiyi görüntülərə əsasən məlumat yayıb.
Görüntülərdən aydın olur ki, Şara ilə Putin görüşdüyü anda hazırda Moskvada mühacir həyatı yaşayan Bəşər Əsəd şəhər gəzintisinə çıxıb.
ŞARA bugün Putin’le Rusya’da görüşürken, Esad da ailesi ve eşiyle kent gezisinde..
Fotoğrafı bir arkadaşım yolladı…
Hayat ne ilginç tesadüflerle dolu… pic.twitter.com/QIYJJQUdGo
— Barış Yarkadaş (@barisyarkadas) October 15, 2025
Globalinfo.az