Telefona üç gün baxmayanda görün nələr olur – İlginc araşdırma


Almaniyada beyinlə bağlı maraqlı araşdırma aparılıb.

Turkustan.az xəbər verir ki, bu barədə türkiyəli yazar, təhsil məsələləri üzrə məsləhətçi Səadət Özdəmir paylaşım edib.

“Almaniyada aparılan bir araşdırmada iştirakçılardan 72 saat ərzində telefonlarını təhvil vermələri istənilib. Bu müddət tamamlandıqdan sonra onların beyinlərinin MRT-si çəkilib.

Nəticələr olduqca maraqlıdır: ön beyində yerləşən və diqqət, motivasiya, öyrənmə kimi funksiyalara cavabdeh olan prefrontal korteksin fəaliyyəti əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda telefondan gələn dopamin təsiri isə tamamilə sıfırlanıb. Bu isə o deməkdir ki, telefon yalnız vaxtımızı deyil, eyni zamanda beynimizin gücünü də oğurlayır”- deyə o bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ