Əfqanıstan hökuməti ölkənin Spin Boldak bölgəsində və Pakistanın Çaman bölgəsində baş verən qarşıdurmalardan sonra atəşkəs istəyib.
Turkustan.az xəbər verir ki, iki ölkə atəşkəs barədə razılığa gəlib. Saat 19:00-da başlayacaq atəşkəs 48 saat davam edəcək.
Kəraçidə yerləşən Geo News telekanalına danışan təhlükəsizlik rəsmiləri bildiriblər ki, Pakistan ordusu Əfqanıstan qüvvələrinə məxsus bir neçə post və tankı məhv edib.
Rəsmilər Spin Boldak və Çaman bölgələrində baş verən qarşıdurmalardan sonra Əfqanıstan hökumətinin atəşkəs tələb etdiyini iddia edib.
Rəsmilər Əfqanıstan hökumətinin sosial şəbəkələrdə Pakistan ordusuna aid döyüş texnikasını ələ keçirdiyini iddia edən "saxta" videolar yaydığını və bu görüntülərin "həqiqətə uyğun olmayan və əsassız" olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az