Gəncədə atışma: Yaralı xəstəxanadadır


Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

Turkustan.az DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşları xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısını alıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ