Cəlilabadda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır


Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.

"Report"un Muğan bürosunun məlumatına görə, suyun kəskin azalması səbəbindən göldəki xırda kilkə balıqlar tələf olub.

Kənd sakinləri qeyd edib ki, balıqlar gölə təxminən 50 il öncə buraxılıb. Son 5 ilə qədər isə burada həvəskar balıqçılar ovla məşğul olublar.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ