Kiyev Moskvaya avqustun sonuna qədər prezidentlərin görüşünü təşkil etməyi TƏKLİF ETDİ


Rəsmi Kiyev Moskva tərəfinə avqustun sonuna qədər prezidentlərin görüşünü təşkil etməyi təklif edib.

Turkustan.az xəbər verir ki, bu barədə İstanbul danışıqlarının 3-cü raundunun yekunlarına dair mətbuata açıqlamasında Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib.

Umerovun sözlərinə görə, “belə bir görüş real siyasi irəliləyişin yolunu aça bilər, lakin bunun üçün Rusiya dialoqa hazır olduğunu nümayiş etdirməlidir”.

O, həmçinin tərəflər arasında humanitar mübadilədə 1200-dən çox insanın iştirak edəcəyini bildirib. /bizim.media/


MANŞET XƏBƏRLƏRİ