Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi


Ukraynanın sərhəd-buraxılış məntəqələrindən birində kifayət qədər qeyri-adi sərhədi keçmə cəhdi üzə çıxıb.

Sərhədçilər gözə çarpan yaş fərqinə baxmayaraq, özlərini sevgili cütlük kimi təqdim edən 29 yaşlı kişi və 47 yaşlı qadını saxlayıblar.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Ukrayna Dövlət Sərhəd Xidmətinin zabitləri onlara münasibətləri ilə bağlı daha ətraflı suallar verməyə başlayanda “romantik” hekayə sürətlə dağılıb.

“Sevgililər” cavablarında çaşbaş qalıb və sonradan məlum olub ki, “gəlin” əslində kişinin keçmiş qayınanası olub.

Məlum olub ki, bu nikah yalnız çağırış yaşında olan kişilərin ölkədən çıxışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün bağlanıb. “Gənclər” sərhədi qanunsuz keçməyə cəhd və uydurma nikahdan istifadə etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. /lent.az/


MANŞET XƏBƏRLƏRİ