Azərbaycanda qızılca təlatümü: Nə etməli?


Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib ki, ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb.

Qızılcaya yoluxan zaman xəstələr nə etməlidir? İlk hansı addımlar atılmalıdır?

Farmokoloq-həkim Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, xəstəlik zamanı həkimə müraciət etmək mütləqdir:

“Qızılca da daxil olmaqla, istənilən xəstəlik halında atılacaq ilk addım təcili olaraq həkimə müraciət etməkdir. O cümlədən, uşaqları xəstə olan valideynlər uşağın niyə xəstələnməyi ilə bağlı fikirləşməli və prosesin necə inkişaf etdiyini həkimə danışmalıdır”. Aydın Əliyev edib ki, ən çox uşaqlarda görünən bu xəstəliyin yayılmasının qarşısını almaq üçün məktəblərdə nəzarət gücləndirilməlidir:

“Qızılca hava yolu ilə keçən xəstəliklərdən biridir. Məktəblərdə də şagirdlər düzgün gigiyena qaydalarına əməl etmirlər, xəstə şagirdlərlə xəstə olmayan şagirdlər davamlı olaraq təmasda olurlar, bununla da xəstəlik tez yayılır. Xəstəliyin qarşısını almaq üçün vaksinasiya olunmaq vacibdir”.

Həkim xəstəlik zamanı qida qəbulunun da vacibliyini vurğulayıb:

“Vitamin tərkibli qidaların qəbul edilməsi faydalıdır. Qızılcaya yoluxan uşaqlar yoxlanıldıqdan sonra onlara hansı vitaminin qəbul ediləcəyi təyin edilir".


MANŞET XƏBƏRLƏRİ