Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ lideri Donald Trampla görüşü 2,5 saat davam edib.
Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.Düşünürəm, biz bitirdik. Gələn həftə nə baş verəcəyinə baxarıq”, - Tramp görüşün sonunda Zelenskiyə deyib.
Portalın qeyd etdiyinə görə, Tramp bu sözləri ilə Zelenskiyə Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü xatırladıb.