Mediada və sosial şəbəkələrdə Avropa Komissiyasının koronavirus pandemiyası zamanı lazımi testlər aparılmadan DNT vaksinlərinin istifadəsinə icazə verdiyinə dair xəbərlər yayılıb.
Sosial media və digər KİV-lər Almaniyanın “Berliner Zeitung” qəzetinin “Aİ Komissiyası etiraf edir: Korona vaksinləri “tam” təhlükəsizlik məlumatları olmadan buraxılıb” başlıqlı məqaləyə istinad edir.
“Berliner Zeitung” ifrat sağçı “Avropa Vətənpərvərləri” qrupundan olan Avropa Parlamentinin deputatı və Avropanın peyvənd strategiyasının kəskin əleyhdarı Gerald Hauzerin narahatlıqlarından yazır.
Siyasətçi soruşur ki, Brüssel niyə vətəndaşlara DNT peyvəndlərinin effektivliyi və təhlükəsizliyinin tam sınaqdan keçirilmədiyi barədə məlumat verməyib.
Avqust ayında Brüssel bu suala cavab verdi: “Peyvəndlər cəmiyyətdə qarşılanmayan tibbi ehtiyaclar kontekstində dərmanlara çıxışı asanlaşdıran "şərti marketinq icazəsi" aldı. Bu, adi yoxlama və qeydiyyat prosesinin sürətləndirildiyi pandemiya kimi fövqəladə vəziyyətlərə aiddir”.
“EuroVerify” proqramına müsahibə verən Avropa Komissiyası rəsmisi bu cür dərmanların yoxlanılmamış adlandırılması barədə yazılanların düzgün olmadığını bildirib:
“Bu, dərman ehtiyacının potensial riskləri üstələdiyi kompromis variantına aiddir. Bu sxemə əsasən, məsələn, 2019-cu ildə epidemiya ilə mübarizə üçün Ebola vaksininə şərti icazə verildi. 2021-ci ildə peyvənd yekun təsdiqini aldı.
Koronavirus üçün DNT peyvəndləri artıq işə salınmışdı, lakin onminlərlə insanı əhatə edən klinik sınaqları davam edirdi. Nəhayət, dərmanlar kommersiyalaşdırılması üçün son təsdiq aldı. Bununla belə, bu vaksinlər hələ də nəzərdən keçirilir, yəni problem yaranarsa, təsdiq ləğv edilə bilər”. /cebheinfo.az/