Çay içmək həyatı xilas edir: Yeni araşdırma


ABŞ Milli Sağlamlıq İnstitutunun mütəxəssislərinin araşdırmasına görə, müntəzəm olaraq qara çay içmək ölüm riskinin azalması ilə əlaqələndirilir.

Turkustan.azxəbər verir ki, Annals of Internal Medicine jurnalında bu gün dərc edilən xəbərə görə, gündə iki və ya daha çox çay içənlərin ölüm riski çay içməyənlərə nisbətən 9-13 faiz daha azdır.

Araşdırmada, İngiltərədə xəstəliklərin ortaya çıxmasında ətraf mühit və genetik faktorları araşdırmaq üçün qurulan UK Biobankın məlumatları araşdırılıb. 10 ildən artıqdır ki, təhlil edilir.

40-69 yaş arası 500 min adamın yüzdə 85-i nizamlı olaraq çay istehlak etdiyini bildirib. Onların 89 faizi qara çaydan istifadə etdiyini bildirib.

Həmçinin müəyyən edilib ki, ölüm riskinin azalması çaya süd və ya şəkərin əlavə edilməsi və temperatura görə dəyişməyib.

Tədqiqatı şərh edən Madrid Muxtar Universitetinin profilaktik tibb və ictimai sağlamlıq professoru Fernando Rodriguez Artalejo araşdırmanı "sahədə əhəmiyyətli irəliləyiş" adlandırıb:

Bu məqalə göstərir ki, müntəzəm qara çay istehlakı orta yaşlı insanaların 10 il ərzində ürək-damar xəstəliklərindən ölüm hallarının cüzi dərəcədə azalması ilə əlaqələndirilir.

Bununla belə, Artalexo vurğulayıb ki, çay içənlər arasında ölüm nisbətinin azalmasının səbəbi ilə qəti şəkildə "çay" bağlana bilməz. O, araşdırmada daha çox araşdırılmalı bir çox amillərin olduğunu vurğulayıb.

Araşdırmaya rəhbərlik edən Maki İnoue-Choi, "Çay içmək vərdişini dəyişdirmək üçün kifayət qədər sübut yoxdur. Əgər gündə bir stəkan içsəniz, yaxşıdır" dedi.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə:Independent Türkçe


MANŞET XƏBƏRLƏRİ