Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.
Turkustan.az xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:
"Əlahəzrət,
İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".