Qəzzada HƏMAS-a məxsus bütün tunellərin dağıdılması üçün orduya hazırlıqlara başlamaq göstərişi verilib.
Turkustan.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb.
“Girovların geri qaytarılması mərhələsindən sonra İsrailin əsas vəzifəsi Qəzzadakı HƏMAS tunellərinin tam məhv edilməsidir. Bu, birbaşa İsrail Müdafiə Qüvvələri tərəfindən və ABŞ-ın rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə həyata keçiriləcək”, – Katz bildirib./axar.az