Fransa donanmasının freqatı Bretan sahillərində Rusiya sualtı qayığını izləyir.
Turkustan.az xəbər verir ki, bu barədə NATO Dəniz Komandanlığı məlumat yayıb.
“Fransa Hərbi Dəniz Qüvvələrinin freqatı Alyansın dəniz sərhədlərini izləyir, Bretan sahilləri yaxınlığında fəaliyyət göstərən Rusiya sualtı qayığının mövcudluğunu qeydə alıb. NATO Atlantikanın hər iki tərəfində daimi sayıqlığı və dəniz vəziyyəti ilə bağlı məlumatlılığı qorumaqla Alyansızı müdafiə etməyə hazırdır”, - məlumatda qeyd olunub.
“UK Defense Journal” nəşri Fransa freqatının Ruaiya Qara dəniz donanmasına məxsus “Novorossiysk” sualtı qayığını izlədiyini yazıb./axar.az