Azərbaycan millisinin baqajı itdi – Komanda məşqə çıxa bilmədi


Azərbaycan milli komandasının baqajı dünya DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılaşma üçün səfər zamanı itib.

Turkustan.az xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Slonka məlumat yayıb.

Məlumata görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Polşanın Krakov şəhərinə baqajsız çatıb. Bu səbəbdən komanda vaxtında məşq prosesinə başlaya bilməyib.

Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 13-də Ukraynaya qarşı keçirəcək. Hazırda Azərbaycan 3 oyundan 1 xal toplayaraq D qrupunda sonuncu – 4-cü yerdə, Ukrayna isə 4 xalla 2-ci pillədə qərarlaşıb./teleqraf


MANŞET XƏBƏRLƏRİ