Dildə yaranan ağlıq çox vaxt pis ağız gigiyenasının göstəricisi olsa da, bəzi hallarda ciddi xəstəliklərin xəbərçisi ola bilər.
Turkustan.az bildirir ki, ağızda göbələk infeksiyası (pamıqçıq), bakteriya, qida qalıqları və ölü hüceyrələr dilin üzərində qalın ağ təbəqə yaradaraq bu görünüşə səbəb olur.
Dildə ağlıq nədir?
Dildə ağlıq - dilin səthində əmələ gələn qalın, ağ rəngli təbəqədir. Bu vəziyyət çox zaman ağız quruqluğu, diş protezi, dərman istifadəsi və ya zəif gigiyena ilə əlaqələndirilir. Ağlıq dilin tamamını və ya yalnız arxa hissəsini əhatə edə bilər. Bəzən "qara tüklü dil" adlı vəziyyətlə də yanaşı müşahidə edilə bilər ki, bu zaman ağ deyil, tünd rəngli örtük yaranır.
Əgər dil üzərindəki ağlıq bir neçə həftə ərzində keçmirsə və yemək yeməkdə və danışıqda çətinlik yaradırsa, bu zaman həkimə müraciət etmək tövsiyə olunur.
Aşağıdakı xəstəliklər dildə ağlığın səbəbi ola bilər:
Oral kandidiyaz (pamıqçıq)
Lökoplakiya
Coğrafik dil (dilin səthində ağ və qırmızı sahələr)
Yetersiz ağız gigiyenası
Vitamin çatışmazlığı (xüsusilə B12)
Frengi (cinsi yolla keçən infeksiya)
Alkoqol və tütün istifadəsi
Ağız xərçəngi (nadir hallarda)
Dildə ağlığın əsas səbəbləri:
Dişləri və dili mütəmadi fırçalamamaq
Tütün və alkoqol istifadəsi
Susuz qalmaq və ağız quruqluğu
Vitamin və mineral çatışmazlıqları
Diş protezlərindən düzgün istifadə etməmək
Dərman istifadəsi (xüsusilə antibiotiklər)
Meyvə-tərəvəz azlığı ilə qidalanma
Ağızdan nəfəs alma vərdişi
Dildəki ağlıq necə müalicə olunur?
Dildə ağlıq çox zaman öz-özünə keçsə də, uzun müddət davam edərsə, mütləq tibbi yardım alınmalıdır. Müalicə səbəbdən asılı olaraq dəyişir:
Pamıqçıq (göbələk infeksiyası): Antifungal dərmanlarla müalicə edilir
Frengi: Antibiotiklərlə
Lökoplakiya və coğrafik dil: Xüsusi müalicə tələb etməsə də, qıcıqlandırıcı qidalardan uzaq durmaq tövsiyə olunur
Ağız liken planusu: Qarqara və ya yerli müalicə ilə əlamətlərin yüngülləşdirilməsi
Dildəki ağlığı qarşısını almaq üçün nə etmək lazımdır?
Gündə ən az 8 stəkan su için
Dişlərinizi və dilinizi mütəmadi fırçalayın
Tütün və alkoqoldan uzaq durun
Ağız boşluğunu qıcıqlandıra biləcək ədviyyatlı, turşulu və isti qidalardan çəkinin
Yüngül floridli diş pastası və qarqara istifadə edin
Dil təmizləyici alətlərdən istifadə edərək dil üzərindəki təbəqəni təmizləyin