Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində təhsil alacaq tələbələrə veriləcək əlavə təqaüdlərdən danışıb.
Turkustan.az-ın məlumatına görə, o, əlavə təqaüdlərlə bağlı qeydiyyat prosesinin başa çatmasını gözlədiklərini bildirib.
“Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik. Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda, bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər”, - Emin Əmrullayev deyib.
Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq. /modern.az/