Zelenski İran gəmisinə hücum edib, dənizçini öldürdü - Arakçı


Zelenski (Ukrayna prezidenti) İran ticarət gəmisinə hücum edərək dənizçini öldürüb.

Turkustan.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı X səhifəsində yazıb.

O, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və rusiyalı həmkarı Sergey Lavrovla bu məsələni müzakirə etdiyini bildirib:

“Söhbət zamanı açıq şəkildə bildirdim ki, bu, cavabsız qala bilməz".

Xatırladaq ki, İranın Xəzər dənizindəki ticarət gəmisinə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücum edilib, bir nəfər ölüb, daha iki nəfər yaralanıb.


MANŞET XƏBƏRLƏRİ