Rusiya Ukrayna müharibəsi nəticəsində dəymiş zərərə görə Avropadan kompensasiya tələb edəcəyini bəyan edib.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq siyasət komitəsi sədrinin birinci müavini Aleksey Çepa Lenta.ru-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Moskva bu məsələni davamlı şəkildə gündəmdə saxlayacaq.
“Biz Avropadan kompensasiya tələb edəcəyik və bu məsələ daim qaldırılacaq. Əminəm ki, Avropanı buna məcbur etməyə gücümüz çatacaq”, – deyə Çepa bildirib.
Deputat əlavə edib ki, Rusiya həmçinin Ukraynaya qarşı müharibə başladıqdan sonra Qərb ölkələri tərəfindən dondurulmuş 300 milyard dollarlıq aktivlərini geri qaytarmaq niyyətindədir. /modern.az/