Azərbaycanda bu yay ucuzluq olacaq


Son aylar ölkəmizdə intensiz yağıntılar müşahidə olunur.

Belə ki, dəyişkən hava şəraitinin məhsuldarlıqdan yan keçməyəcəyi gözlənilir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe info”-ya bildirib ki, keçən illə müqayisədə bu il ölkə ərazisində kifayət qədər çox qar yağıb:

“Hazırda bölgələrimizdə yağıntıların bol olduğu müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, bitkiçilik sahəsində bolluq müşahidə olunacaq. Fevralın axırı, mart və aprel aylarında yağan narın yağış uzun müddətdir intensiv olub. Bu da yaşıllaşmiş bitkilərin inkişaf üçün mümkün şərait yaradacaq”.

Ekspert vurğulayıb ki, yağıntılı hava tez çiçəklənən bitkilər xaric digər bitkilərə təsir etməyəcək:

“Bəzi bitkilər, ağaclar var ki, onlara yağan yağışlar təsir edə bilər. Alça, şaftalı, albalı və gilas çiçəkləyəcək, onlara da hazırda yağan yağışların hər hansı təsir edəcəyini gözləmirəm. Yağışlar əsasən şimal rayonlarında olur. Orada da hələlik ağacların çiçəklənmə prosesi baş verməyib”.

Ekspert qeyd edib ki, yağış məhsuldarlığa müsbət təsir edəcək:

“Yaz yağışı şimal rayonları ilə yanaşı, Aran bölgələrində də intensiv hal alır. Bu, məhsuldarlığa çox müsbət təsir edəcək. Hətta yay aylarında bol məhsuldarlığın şahidi ola biləcəyik. Bu da meyvə-tərəvəzin qiymətinə təsir edəcək”.


MANŞET XƏBƏRLƏRİ