“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi layihəni uğurla yekunlaşdırb - FOTOLAR


“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə uşaq evliliyi və onun fəsadlarından bəhs edən, eyni zamanda bu istiqamətdə yeniyetmə qızlar və onlarıın valideynləri arasında maarifləndirmə işinin təşkiliylə bağlı layihənin icrasına yekun vurub.

QHT.az xəbər verir ki, “Erkən nikahın fəsadları” adlı layihənin icrası uyun ayının 1-dən başlayaraq 3 ay ərzində Saatlı, Sabirabad və Goranboy rayonlarını əhatə edib. Layihənin fəaliyyət planına uyğun olaraq seminarlar Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hər bir rayonda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib.

Layihənin əsas məqsədi yetkinlik yaşına çatmayan qızların erkən nikaha cəlb və ya məcbur edilmələrinin, həmçinin erkən evlilikdən yaranan fəsadların başvermə səbəblərinin araşdırılması, üzə çıxarılması, qızların təhsildən kənarda qalmalarının qarşısının alınması məqsədilə valideynlər və qızların birgə maarifləndirilməsi işinin təşkilindən ibarət olub.

Birlikdən verilən məlumata görə, layihənin həyata keçirilməsi ideyası nəticə etibarilə aparılan araşdırmaların doğurduğu zərurətdən irəli gəlib. Belə ki, hələ də yeniyetmə qızlar uşaq evliliyinə məcbur edilir, onlar öz ailələrində azmış kimi, məcburi “qurulan” gələcək “ailələrində” məişət zorakılığına məruz qalırlar, daha sonra zorakılıq hallarına dözməyərək “ailədən” qaçmağa çalışırlar və nəticədə düşdükləri tanımadıqları mühitdə insan alveri qurbanlarına çevrilirlər. Məhz sadalanan səbəblərin baş verməməsi və ya qismən də olsa qarşısının alınması üçün maarifləndirmə -təbliğat işlərinin davam etdirilməsi vacibdir.

Layihə çərçivəsində daha çox aztəminatlı, çətin həyat şəraitdə yaşayan, məktəbdən, təhsildən kənarda qalan yeniyetmə qızlar arasında anonim sorğular aparıldı və müəyyən olundu ki, yeniyetmələr uşaq evliliyinə daha çox valideynləri tərəfindən məcbur edilirlər.

Layihənin icrasıyla bağlı hər rayonda 2 gün olmaqla maarifləndirici seminarlar təşkil olundu və hər zeminarda 35 nəfər və daha çox yeniyetmə qızların və anaların iştirakı təmin olundu. Seminar zamanı rayon İcra Hakimiyyətindən, polis idarələrindən, müvafiq dövlət və digər qurumlardan nümayəndələr iştirak etdilər. Mövzu geniş auditoriya qarşısında müzakirə olundu və ictimaiyyətə faydalı mesajlar ötürüldü ki, bu da gələcəkdə problemin vaxtında qarşısının alınmasında sipər rolunu oynayacaq. Layihənin icrasının effektivliyini təmin etmək məqsədilə seminar iştirakçılarına mövzuya uyğun olaraq layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş olundu. Sosial çarxın ssenarisinin yazılması və çəkilişi peşəkar komanda tərəfindən həyata keçirilmişdir. Videoçarxın təsirli məqamları seminar iştirakçılarının üz ifadəsində açıq-aşkar hiss olunurdu. Hətta bəziləri qəhərlənərək mövzunun müzakirəsi zamanı yeniyetmələri erkən nikaha məcbur edənləri – valideynləri, nənə-babaları və digərlərini sərt şəkildə qınayırdılar. Layihənin uğurlu icrası bir daha göstərdi ki, cəmiyyətdə bu kimi həssas, insan taleyi ilə bağlı olan mövzular mütləq şəkildə geniş müzakirə olunmalıdır!

No description available.

No description available.

No description available.

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ