Rusiyaya iş dalınca gedənlərin DİQQƏTİNƏ


Rusiya ölkədəki mühacirlərə nəzarət etmək üçün yeni yollar axtarır.

Turkustan.az xəbər verir ki, "RBC" qəzeti yazır ki, hökumət dairələrində mühacirlərin Rusiyaya gəlməzdən əvvəl dil bilikləri imtahanından keçməsini tələb edən yeni layihə müzakirə olunur.

Layihə barmaq izinin ölkədən kənarda aparılmasını, habelə immiqrantların konkret işəgötürənlə əlaqələndirilməsini təklif edir.

Rusiya Əmək Nazirliyi “Kadrlar” adlı məşğulluğa yönəlmiş milli layihənin hələ də inkişaf mərhələsində olduğunu açıqlayıb.

"RBC" qəzeti hökumətdəki mənbələrə istinadən yazır ki, məsələ iyulun sonunda kabinetin müzakirəsinə çıxarılacaq.


MANŞET XƏBƏRLƏRİ