Bakıda yağış yağacaq, dağlara qar düşəcək – Bu günün havası


Bu gün, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək.

Turkustan.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10–12, gündüz 14–16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75–85, gündüz 60–65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 5–9, gündüz 15–19 dərəcə isti olacaq. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6–9 dərəcə isti gözlənilir.


MANŞET XƏBƏRLƏRİ