Xəbər verdiyimiz kimi, Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib.
R.Vardanyan son söz çıxışında saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. O, Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin şeirini oxuyub.
Turkustan.az Unikal-a istinadla xəbər verir ki, sözügedən şeir Məhəmməd Füzulinin "Padişahi-mülk" qitəsidir.
Qitəni rus dilinə Vladimir Luqovski tərcümə edib. Vardanyan da bunu rus dilində səsləndirib.
Qeyd edək ki, Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilir.