Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?


İranı idarə edənlər ABŞ və onun Prezidenti Donald Trampı hədələmələrinə baxmayaraq, indiki ağır vəziyyətdə Ağ Ev sahibi ilə müzakirələri lazım biliblər. Çünki anlayırlar ki, Donald Tramp “İrana müdaxilə edə bilərik” deyərkən real addımlar ata bilər.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İran XİN başçısı Abbas Arakçının ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla telefon söhbəti haqda qeyd edib.

“Görünür, İran mühafizəkarları bunu önləmək üçün xarici işlər naziri Abbas Arakçıya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla təmas qurmağı tapşırıblar. Böyük ehtimalla İran Prezidenti Məsud Pezeşkian da Vaşinqtonla dialoqun tərəfdarıdır.

Tramp hələ İrana zərbə vurmaq istəmir. Çünki ona təqdim edilən hesabatlarda raket zərbələrinin mühafizəkarların işinə yarayacağı, onların düşmənə qarşı İran cəmiyyətini biləşdirə biləcəyi göstərilir. Ancaq tərsi də mümkündür. Zərbələr İranda daxili qarşıdurmanın artmasına da şərait yarada bilər ki, mühafizəkarlar bundan ehtiyat edirlər. Tramp bu iki yanaşma arasında qərar verməkdə çətinlik çəkir. İran mühafizəkarları isə vaxt udmağa, ABŞ qəti addımlar atana qədər ölkədəki etirazları zor gücünə boğmağa çalışırlar”, - politoloq bildirib.

Qeyd edək ki, Türkiyə üzərində NATO kəşfiyyat təyyarəsinin görünməsi, o cümlədən israilin xəstəxanalara fövqəladə rejimə keçməyə hazır olmaqla bağlı təlimat göndərməsi fonunda İrana zərbə endiriləcəyi ehtimalı güclənib. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ