Dünyanın ən aktiv vulkanlarından biri hərəkətə keçdi


Dünyanın ən aktiv vulkanlarından biri olan və 2024-cü ilin dekabr ayından bəri fasilələrlə püskürən ABŞ-ın Havay ştatındakı Kilauea vulkanında yeni vulkan aktivliyi müşahidə edilib.

Turkustan.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) məlumatına görə, Kilauea dağındakı Halema'uma'u kraterinin şimal çıxışından gecə boyu demək olar ki, fasiləsiz lava axınları baş verib, günbəz formalı lava püskürmələri və axınları isə cənub çıxışından fasilələrlə davam edib.

Bu vulkanik aktivliyin 2024-cü ilin dekabr ayından bəri cəmi 39 dəfə püskürən vulkanda 40-cı püskürməyə səbəb ola biləcəyi bildirilib.

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən bəri püskürür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ