"Birkart Bank Olmayan Kredit Təşkilatı"nın adı dəyişdirilib.
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, təşkilat bundan sonra "Bir Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC adlanacaq.
Qərar oktyabrın 1-dən qüvvəyə minib.
"Bir Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin nizamnamə kapitalı 99 835 580 manatdır. Qanuni təmsilçisi isə Tural Naib oğlu Məmmədlidir.
Ad dəyişikliyinə baxmayaraq təşkilatın hüquqi ünvanı dəyişməyib və əvvəlki kimi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153, "Port Baku Tover"də yerləşir.
Qeyd edək ki, "Bir Kredit Bank Olmayan Kredit Təşkilatı 2018-ci ildə yaradılıb.