Qlobal Sumud Donanmasının Türkiyə Nümayəndəliyi İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanmasına hücumu zamanı Təl-Əviv rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq saxlanılan türk fəalların sayının 48 olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, nümayəndə heyətinin mətbuat xidməti İsrail tərəfindən qanunsuz olaraq həbs edilən türk fəallarla bağlı AA müxbirinə açıqlama verib.
Açıqlamada İsrail tərəfindən qeyri-qanuni olaraq saxlanılan türk fəalların təsdiq edə biləcəklərinin sayının 48 olduğu bildirilib.
Aytən Yaşar/ Turkustan.az