Türkiyə Litvaya havadan erkən xəbərdarlıq sistemi - AWACS kimi tanınan təyyarə yerləşdirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Rusiya Avropanın hava məkanını pozduqdan sonra Türkiyə bazar ertəsi Baltikyanı regionda NATO-nun müşahidə imkanlarını gücləndirmək məqsədilə AWACS təyyarəsi göndərib.
Məlumata görə, yerüstü radarların aşkar edə bilmədiyi alçaqdan uçan pilotsuz uçuş aparatlarını təsbit etmək gücünə malik təyyarənin missiyası bu gün başa çatacaq.
Rəsmilər müvəqqəti yerləşdirməni NATO üzvləri ilə həmrəylik göstəricisi kimi dəyərləndiriblər./publika.az