“Əgər sülh olarsa, o zaman ticarət əlaqələri də tezliklə yaranacaq. Zamanla bu məsələ inkişaf edəcək”.
Turkustan.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan Ermənistan-Azərbaycan münasibətlərindən danışarkən belə deyib.
O qeyd edib ki, Azərbaycan üçün Ermənistan ərazisindən, Ermənistan üçün də Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrə yollar açılacaq./teleqraf