Paşinyan bu təkliflə Rusiyanı SINAĞA ÇƏKİR - “Qazaxdan İcevana kimi...”


“Rusiya “Sülh və rifah naminə Tramp marşrutu” layihəsinin bir hissəsi kimi Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqələrinin bərpasına sərmayə yatıra bilər və bu layihə uğurla həyata keçirilərsə, Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək".

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Rusiya tərəfi İcevan-Razdan (Ermənistanda şəhər), İcevan-Qazax (Azərbaycanda rayon) dəmir yolunun bərpası üçün investisiyalarda maraqlı ola bilər. Burada təbii ki, Azərbaycan tərəfinin razılığı lazım olacaq", - Ermənistan hökumətinin başçısı bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi İran və ABŞ, eləcə də Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlığın başlanması üçün əlverişli şərait yarada bilər. Paşinyan xatırladıb ki, İran şirkəti “Şimal-Cənub” layihəsi çərçivəsində Ermənistanda magistral yol çəkir.

Bundan əvvəl Paşinyan Azərbaycanla ərazilərin mübadiləsi variantını istisna etməyib. O vurğulayıb ki, formal olaraq Ermənistana məxsus olan, lakin Azərbaycanın nəzarətində olan ərazilər və əksinə, Azərbaycana məxsus, faktiki olaraq Ermənistanın nəzarətində olan ərazilər var./publika.az


MANŞET XƏBƏRLƏRİ