Rusiya-Ermənistan gərginliyi pik həddə: Paşinyan Zəngəzuru verməyə hazırdır


Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə nəzarəti ABŞ-yə verməyə hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Nəşr xatırladırb ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistanda ABŞ ilə birgə hərbi təlimi keçiriləcək:

“Hakim partiyanın üzvlərinin Moskva əleyhinə bəyanatları fonunda və Paşinyanın anti-Rusiya xarici siyasəti çərçivəsində Ermənistan ABŞ ilə birgə hərbi təlimlərin iştirakçısına və anti-Rusiya tramplininə çevrilir. Bu çərçivədə Ermənistanın KTMT-də iştirakı dondurulur, Fransa Sünikə (Qərbi Zəngəzur) dəvət edilir, Rusiyanın Qafanda konsulluğunun açılması ilə bağlı maneələr yaradılır.

Praktiki baxımdan, ABŞ ilə birgə təlimlər Ermənistana heç nə verməsə də, Rusiya ilə münasibətlərdə dərin ziddiyyətlərə səbəb olur. Paşinyan Zəngəzur dəhlizini də ABŞ-yə verməyə hazırdır.

Ermənistan “Qafqaz Ukraynası”na çevrilir və bunun nəticələri fəlakətli olacaq”./teleqraf


MANŞET XƏBƏRLƏRİ