Qəbələ RLS-in əsas hissələri demək olar ki, sökülüb.
Bu barədə "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-dən məlumat verilib.
Hazırda son mərhələyə qədəm qoyulub, vaxtilə stansiyanı su ilə təmin edən boruların çıxarılması prosesi gedir.
Qəbələ RLS 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olub. 2012-ci ilin dekabrın 9-da fəaliyyətini dayandıran stansiyanın söküntüsünə 2022-ci ilin sonlarında başlanıb.
Söküntüdən öncə Fövqəladə Hallar Nazirliyi RLS-də olan təhlükəli maddələr yığışdırılıb:
“Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları söküntüdən əvvəl burada araşdırma aparıb və mütəxəssislər xüsusi formada təhlükəli maddələri yığışdırıb aparıblar. Hazırda stansiyanın ərazisində şüa fonu azalıb. Artıq zərərli bir şey yoxdur. Söküntüdən öncə bunların hamısı olub. Zərərli hissələr yandırılma və basdırılma kimi üsullarla məhv edilib”.
Xatırlatma: RLS-in icarəsi haqqında onillik saziş 2002-ci ildə imzalanıb. Rusiya Qəbələ radiolokasiya stansiyasından istifadəyə görə icarə haqqı ödəyib. 2012-ci ildə bu məbləğin 7 milyon dollardan 300 milyon dollara çatdıra biləcəyinə dair məlumat yayılıb. Bundan əvvəl, 2011-ci ilin noyabrından isə Azərbaycan tərəfi icarə haqqının 15 milyon dollar olmasını istəyib.
2012-ci ildə RF müdafiə naziri Anatoli Serdyukov Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti ilə Qəbələ RLS-in statusu, stansiyadan istifadənin prinsipləri və şərtlərinə dair 2002-ci il yanvarın 25-də imzalanan sazişin müddətinin uzadılması üzrə danışıqlar aparıb. Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə danışıqlar uğursuz olub. /yenisabah.az/