İsrailin Baş naziri Benyamin Netanyahu 2026-cı ildə “Taym” jurnalının hər il açıqladığı “dünyanın ən nüfuzlu 100 insanı” siyahısına daxil edilib.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalın özü məlumat yayıb.
Jurnalın Netanyahu haqqında qeydində bildirilir ki, o, ölkəsinin tarixində ən böyük təhlükəsizlik uğursuzluğu hesab edilən 7 oktyabr 2023 HƏMAS hücumuna görə məsuliyyət daşıyıb, lakin sonradan siyasi geridönüş edə bilib:
“İsrailin Livan və İranla qarşıdurmaları, həmçinin Qəzzada saxlanılan girovların azad edilməsi onun İsrail ictimaiyyəti arasındakı mövqeyini gücləndirib”.
Siyahıya həmçinin ABŞ Prezidenti Donald Tramp, ABŞ Dövlət katibi Marko Rubio və Trampın xüsusi elçisi Stiv Uitkoff da daxildir. /axar.az/