Paşinyan əllərini açaraq, Əliyevə nə demək istəyirdi? - Sensasion DETALLAR


Prezident İlham Əliyevlə Nikol Paşinyanın Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində görüşü, kofe süfrəsi ətrafında aparılan danışıqlar Ermənistanda hələ də müzakirə edilir.

Turkustan.az xəbər verir ki, Ermənistan mediası Tirana görüşünü İrəvanın Bakı qarşısında növbəti güzəştlərə hazırlığı kimi dəyərləndirir.

Görüşdə tərəflərin nələri müzakirə etdiyi eşidilmir, yalnız qısa görüntülər var. Eyni zamanda, Paşinyanın Əliyevə “kofe içək” təklifi etdiyi, Əliyevin də “Görüşlərim var, danışıqlardan sonra gələcəm” cavabını bilirik.

Erməni ekspert Artur Martirosyan isə bədən dilinə əsaslanaraq, Əliyevlə Paşinyan arasındakı müzakirələri şərh etməyə çalışır. Onun fikrincə, kofe təklifi və verilən cavab, eləcə də görüntülərin analizi Paşinyanın depressiyaya düşdüyünü deməyə əsas verir.

“Paşinyan danışmaq üçün Əliyevə yaxınlaşanda çiyinləri aşağı əyilmiş halda idi. Bu, itaətdən irəli gələn hisdir. Onlar artıq kofe içəndə gördük ki, Əliyevin gözünün içinə düz baxmır. Bu da itaət əlamətidir. Paşinyanın təbəssümü əsəbidir. Dediklərini eşitmirik, amma Paşinyanın ovucları açıq idi və bu, o deməkdir ki, “mən yalan demirəm”, yəni belə danışan adam qarşı tərəfdən mərhəmət diləyir, ona inanmasını istəyir. O, Ərdoğan və Əliyevlə ayaq üstə ünsiyyət quranda məsafə saxlayırlar. Bu vacib detaldır, çünki dominant kimi qəbul edilənlər məsafəni saxlayır. Paşinyan Əliyevi kofe içməyə dəvət edəndə də çox yumşaq səslə danışır, hətta bir az kəkələyir. Bəlkə də bu, onun rus dilini bilmə səviyyəsindən irəli gəlir. Görünən budur ki, Əliyevin davranış daha inamlıdır. O, savadlı insan kimi görüş istəyini geri çevirmir, amma bu, o demək deyil ki, kofe süfrəsi arxasında aparılan müzakirələrdə bizim üçün müsbət şeylər olub”, - erməni ekspert bildirib.|publika.az


MANŞET XƏBƏRLƏRİ