Aİ İsraillə Assosiasiya Sazişinə yenidən baxacaq


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ-nin İsrailə ticarət imtiyazları verən Assosiasiya sazişini nəzərdən keçirəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verən Kallas, üzv ölkələrin böyük əksəriyyətinin Hollandiyanın Aİ-İsrail Assosiasiya Sazişinə yenidən baxılması təklifini dəstəklədiyini bildirib.

"Buna görə də biz bu işə başlayacağıq. Bu arada humanitar yardım maneəsini aradan qaldırmaq İsrailin üzərinə düşür"-deyə, Aİ-nin ali nümayəndəsi bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ