Moskvada keçirilən 9 May paradında maraqlı detal diqqət çəkib.
Turkustan.az xəbər verir ki, bununla bağlı politoloq Elxan Şahinoğlu paylaşım edib.
O, Prezident İlham Əliyevin paradda iştirak etməməsinin daha bir səbəbini belə izah edib:
“Paradda qonaqların hamısının yaxasında “Gerogi lenti” var idi. Dövlət başçılarından kimsə bunu yaxasına vurmaqdan imtina edə bilməzdi, çünki məcburi idi. “Georgi lenti” isə Rusiya işğalının rəmzidir. Rusiyadakı şovinistlər Gürcüstan torpaqlarını işğal edəndə bu lenti yaxalarına taxırdılar. Ukraynaya qarşı işğalçı müharibədə də yaxalarını bu lentlər “bəzəyir”. Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Prezidenti yaxasına işğalçı rəmzi vurmaz”.
“Gerogi lenti”
Politoloq paradda aparıcının çıxışını da xatırladıb:
“Hərbi texnikalar Qızıl meydandan keçən zaman o, tez-tez Ukraynanın adını çəkmədən, “xüsusi əməliyyat” ifadəsindən istifadə edirdi. Yəni, Kreml bu paraddan siyasi məqsədlər üçün istifadə edib”./Globalinfo.az