Azərbaycanlı "oğru" titulunu itirdi: Kriminal dünyada qarşıdurma alovlana bilər (FOTO+VİDEO)


"Oğru dünyası"nda yeni qarşıdurmanın əsası qoyulub. Söhbət azərbaycanlı "qanuni oğru" İlqar Əliyevin (İlqar Dimanisi) kriminal aləmin yüksək titulundan məhrum olunmasından gedir.

Turkustan.az xəbər verir ki, bununla bağlı 8 "qanuni oğru"nun imzası ilə "proqon" yayılıb. Rus dilində yayılan "proqon"u crimimal.az saytı tərcümə edib.

Ramiz Kutaissiki, Aslan Batumski, Teymuraz Tsiko, Maxaz Kurşi, Quram Kuvejoviç, Georgi Quşaşo, Koba Sisina, Teymuraz Tekonun imzaladığı "proqon"da deyilir ki, İlqar Əliyev "oğru" deyil.

"Əgər kimsə onunla əlaqə qurub oğru kimi tanıyacaqsa, həmin şəxsin problemləri olacaq", - İlqar Əliyevi tituldan məhrum edən "oğru"lar bəyan edib.

İlqar Əliyev 1977-ci il yanvarın 8-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. 2012-ci il martın 16-da Yunanıstanda baş tutan "sxodka"da gürcü avtoritetləri tərəfindən "oğru" titulunu alıb. 2014-cü ildə mərhum "oğru" Ded Xasanın rezidensiyası hesab edilən "Starıy Fayton" restoranında Edik Asatryanın təşkil etdiyi "sxodka"da həbs olunub. Həmin vaxt "sxodka"da iştirak edən 3 "oğru"nun üzərindən narkotik maddə çıxıb. İlqar Əliyev aprelin 2-də Moskvanın Presnenski rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ilin aprelində isə azadlığa çıxıb. İlqar Əliyev həbsdən buraxıldıqdan sonra Rusiyadan ömürlük deportasiya edilib. Bundan sonra Türkiyəyə üz tutub.

Dimanisskinin "oğru" titilundan məhrum edilməsi kriminal aləmdəki qarşıdurmalarla əlaqələndirilir. Onun tituldan məhrum edən "oğru"lar əsas etibari ilə hazırda Rusiya həbsxanasında cəza çəkən Zaxari Kalaşova (Şakro Molodoy) yaxın şəxslərdir. "Şakro Molodoy" isə Türkiyədə möhkəmlənən Canqveladze-Oninani klanı ilə münqaişədədir. Ehtimal olunur ki, İlqar Dimansskinin tacdan məhrum edilməsi münaqişənin daha da alovlanmasına səbəb ola bilər.


MANŞET XƏBƏRLƏRİ